USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valyuta əməliyyatlarına dair qaydalarının pozulmasına görə cərimələr müəyyənləşir

29.11.2022 İqtisadiyyat
0 0
Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulmasına görə cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

29. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

  • Əvvəlki

    Azər Türk Bank akkreditiv və zəmanətləri sərfəli şərtlərlə təklif edir

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0