Turizm sahəsində çevrilişə səbəb olacaq qanuna görə, artıq hotel otaqlarına da “kupça” veriləcək.
"Kommersant" xəbər verir ki, Türkiyədə yeni qərar qəbul olunub. Qərara görə, xüsusi hotellərə otağın 20%-ni satmaq hüququ verilib. Hesablamalara əsasən, bununla hotellər orta hesabla 4 milyard dollarlıq gəlir əldə edə bilər.
Türkiyə Turizm Sərmayədarları Dərnəyinin rəhbəri Oya Narin bildirib ki, bu layihəni uzun müddətdir düşünülürmüş. Layihə hökumətə təqdim edilib və həm Maliyyə Nazirliyi, həm də Turizm Nazirliyi razılıq verib. Nəticədə hazırda meşələrdə mövcud olan hotellərdən başqa digər hotel sahibləri turistlərə otağın 20%-ni sata biləcəklər.