“Ripple” insanları kriptovalyutasından istifadə etməyə məcbur edir.
"Kommersant" xəbər verir ki, bu gün "Ripple" kriptovalyuta bazarında "Bitcoin" və "Ethereum"dan sonra üçüncü yeri tutur. Lakin onun bütün kriptovalyutalara xas problemi var: insanlar ondan istifadə etmək yox, onunla alış-veriş etmək istəyir. Burada istifadə etmək deyəndə yalnız spekulyativ məqsədlər üçün yox, hər sahədə "XRP"-nin istifadəsi nəzərdə tutulur. Amma qeyd etmək lazımdır ki, hələ kriptovalyutaların geniş istifadəsi üçün lazımi sistemlər tam qurulmayıb. "Ripple" isə öz növbəsində insanlardan valyutanı xarici ticarətdə dövriyyəyə buraxmağa məcbur etməyə çalışır. Bunun üçün valyuta beynəlxalq dərəcədə banklarla əməkdaşlıq qurub, alış-satışda güzəştlər qazanmağa çalışır.