USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkə sənayesində avtomatlaşdırma hansı səviyyədədir? - AÇIQLAMA

05.07.2018 İqtisadiyyat
0 0
“Azərbaycan sənayesində robotlardan istifadə səviyyəsi aşağıdır”.

"Kommersant"ın məlumatına görə, bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Sənayenin avtomatlaşdırılması, yəni süni zəka və robotların istehsala daha çox inteqrasiyası ilbəil artır.

"Kommersant" Beynəlxalq Robot Federasiyasının açıqladığı məlumatlara əsasən, ölkələr üzrə vəziyyəti təqdim edir:

Belə ki, Federasiya tərəfindən açıqlanan siyahıya 99 robotla Avropa liderlik edir. Şimali Amerika 84, Asiya isə 63 robota sahibdir. Son dövrlərdə robotların sayında ən böyük artım Çindədir.

Robot sayına görə, dünya ölkələrindəki göstərici 10 min işçiyə 74-dür. Cənubi Koreyada isə bu rəqəm 10 min işçiyə 631 robotdur. Sinqapur 488 robot ilə ikinci pillədə yer alır. Almaniya və Yaponiya isə 3 və 4-cü pillələri bölüşürlər.

Türkiyə 23 robotla dünya üzrə göstəricidə xeyli aşağı pillədə yer alır. Rusiya, Filippin və Hindistanda isə 10 min işçiyə 3 robot düşür.

Qeyd edək ki, Beynəlxalq Robot Federasiyasının açıqladığı hesabatda Azərbaycanın adı yoxdur.

Bəs görəsən Azərbaycanda sənayenin avtomatlaşdırılması hansı səviyyədədir?

"Azərbaycanda sənayedə robotlardan istifadə səviyyəsi aşağıdır".

"Kommersant.Az"ın məlumatına görə, bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

"Robotların istehsala daha çox inteqrasiyası xüsusilə Avropa ölkələri, inkişaf etmiş Asiya ölkələrində (əsasən Yaponiyada) müşahidə edilir. Həmin ölkələrdə sənayedə robotlardan istifadə təqribən 50%-ə çatıb. Buna baxmayaraq orada işsizliklə bağlı köklü problemlər yoxdur.

İqtisadçı Azərbaycanda sənayenin avtomatlaşdırılması sahəsindəki problemlərin aradan qaldırılma mexanizmlərindən də danışıb:

"Müəssisələrə rəsmi olaraq robotlardan istifadənin qadağası, yaxud limitlərin tətbiqi inkişaf trendindən geri qalmaqla nəticələnə bilər. Keyfiyyətli və effektiv sosial müdafiə mexanizmləri, gəlirlərin yenidən bölgüsü mexanizmi qurularsa, mənfi təsirlərin aradan qaldırılması mümkündür".

R.Həsənov sənayedə robotlardan istifadənin üstünlükləri məsələsinə də toxunub:

"Robotların sənayedən kənarlaşdırılması mümkün deyil. Sənaye yeni eraya daxil olub. Prosesin qarşısını almaq sənayeni məhvə sürükləmək deməkdir. Məsələyə fərqli baxışlar var. Mühafizəkar mövqeli yanaşmaya əsasən, sənayenin avtomatlaşdırılması məşğulluq səviyyəsinə birbaşa təsir göstərir. Sənayedə robotlardan istifadə insanların əmək bazarına çıxışını məhdudlaşdırır, iş yerlərini azaldır. Bu kontekstdən yanaşsaq robot texnologiyalarının tətbiqi bəzi hallarda iqtisadiyyata neqativ təsirləri ilə xarakterizə olunur. Ancaq məsələyə bu prizmadan baxmaq düşünürəm ki, doğru deyil.

Dünya bazarında sənaye rəqabətliliyi sürətlə artır. Sənayedə robotlardan istifadə faydalı iş əmsalını kəskin şəkildə artırır. Xüsusilə də robotlar o sahələrdə tətbiq olunur ki, orada daha dəqiq hesablamalar və yerləşdirmələrə ehtiyac var. Son nəticədə müəssisə daha keyfiyyətli məhsul istehsal edir. Yaradılan əlavə dəyər o qədər yüksək olur ki, həmin dəyərdən əldə olunan gəlirlər dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürmə mexanizmi ilə əhalinin işsiz sosial təbəqəsinin daha yüksək səviyyədə təmin olunmasına gətirib çıxarır".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən müvafiq məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda sənayenin avtomatlaşdırılması prosesi həyata keçirilir:

"Neft-qaz, energetika, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, turizm və s. kimi sahələrdə idarəetmə prosesləri və informasiya sistemləri avtomatlaşdırılıb. Prosesin əhatə dairəsi daim genişləndirilir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi məsələri öz əksini tapıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Nazirliyin müvafiq tabeli qurumları robot sənayesinin inkişafına dəstək vermək üçün yerli "start up"çıların bu tip layihlərinə qrantlar ayırmağa və rezident olmağa hazırdır. Tezliklə Nazirliyin Yüksək Texnologiyalar Parkında uşaqlar üçün robot kurslarına başlanılması nəzərdə tutulur. Kurslarda lego əsaslı proqram təminatı ilə təchiz olunmuş robotların hazırlanması tədris olunacaq.

2016-cı ilin sonunda Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunub. Bundan başqa, bir sıra dövlət qurumları bu sahənin stimullaşdırılması məqsədi ilə müsabiqələr keçirir. Təhsil Nazirliyi tərəfindən keçirilən məktəblərarası Robot Olimpiadası da bu qəbildəndir. Hazırda Azərbaycanda Robotexnika Mühəndisliyi Akademiyası fəaliyyət göstərir".