USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Yenidənqurma və İnkişaf Bankı Xəzər Dəniz Gəmiçiliyinə 100 milyon dollar ayıracaq

28.12.2022 İqtisadiyyat
0 0
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) inkişafını maliyyələşdirməyə hazırdır.

Kommersant.az-ın məlumatına görə, bu barədə jurnalistlərə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib.

Onun sözlərinə görə, ASCO-ya 100 milyon dollar kreditin ayrılması ilə bağlı artıq ilkin razılıq əldə olunub.

"Bizim QSC-yə sözügedən kreditləşmə dövlət zəmanəti olmadan həyata keçiriləcək. Lazım gələrsə, bu məbləğ artırıla bilər", - deyə R.Vəliyev qeyd edib.