USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nord Stream 2 AG” şirkətinin iflası altı aya təxirə salınıb

28.12.2022 İqtisadiyyat
0 0
İsveçrənin Zuq kantonunun məhkəməsi “Nord Stream 2” qaz kəməri operatoru “Nord Stream 2 AG” şirkətinin iflas prosedurunu daha altı ay, 2023-cü ilin iyul ayına qədər uzadıb. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Nord Stream 2 AG” şirkətinə əvvəllər qüvvədə olan müvəqqəti moratorium əvəzinə kredit ödənişlərinə daimi moratorium verilib. İflas proseduru 10 yanvar 2023-cü il tarixindən 10 iyul 2023-cü il tarixinədək uzadılıb.

Fevralda Almaniya 55 milyard kubmetr tutumlu “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını dondurub. Bu, Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımaq qərarından sonra baş verib. Daha sonra ABŞ da “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiyalara qoşulub. Nəticədə şirkət bütün işçilərini işdən çıxarmalı olub.

  • Əvvəlki

    ABŞ Çindən gələn səyahətçilərə qarşı yeni tədbirlər tətbiq edə bilər

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0