Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıblar.
Kommersant.az xəbər verir ki, bu barədə çərşənbə günü "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller deyib.
A.Miller qeyd edib ki, Rusiyanın “Türk axını” və “Mavi axın” dəniz qaz kəmərləri hazırda inamla işləyir.
"İndi də Türkiyə ilə birlikdə bu ölkədə qaz qovşağı layihəsi üzərində işləməyə başlamışıq. Bu qərar iki dövlətin rəhbərləri səviyyəsində qəbul edilib və biz artıq onun praktiki icrasına başlamışıq", - deyə "Qazprom"un rəhbəri bildirib.
Onun sözlərinə görə, qaz qovşağı təbii qaz bazarında şəffaf və ədalətli qiyməti təmin edəcək.