USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir? - AÇIQLAMA

29.12.2022 İqtisadiyyat
0 0
“Ötən gün Prezident İlham “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatıırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır”.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur: “Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o ştaj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".

Pravda.az

  • Əvvəlki

    Elmar Məmmədyarov: "Tapşırıqla XİN-də işə götürmüşəm"

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0