USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsi: Ölkəyə təhlükəli içkilər gətirilmir

05.07.2018 İqtisadiyyat
0 0
Mövsümi günlərdə zəhərlənmə riskinin artması əhalini narahat edən əsas problemlərdəndir.

O cümlədən, ölkəyə saxta və ya mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məsələlər ictimai maraq kəsb edir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunu nəzərə alaraq, Komitə bildirir ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi sorğusuna cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2018-ci ilin ötən dövrü ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb.