USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkəti kredit üçün Avropa bankına müraciət edib

05.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanın “DiVi” şirkəti kredit üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) müraciət edib.

Bu barədə AYİB-dən "Kommersant"a daxil olmuş məlumatda bildirilib.

Qeyd edilib ki, AYİB və Avropa İttifaqı Azərbaycanının İT provayderi "DiVi"ni dəstəkləyir. Şirkət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kiçik Sahibkarlıq üzrə Məsləhət proqramından faydalanıb, onlayn satış saytının inkişafı üçün məsləhətlər alıb.

AYİB öz maliyyə uçotu sistemlərilə "Divi"ni dəstəkləyib: Şirkət müstəqil məsləhətçi tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun yoxlanıb. Bütün bu dəstəklər sayəsində "DiVİ" kredit ala bilmək üçün lazım olan tələblərə uyğunlaşdırılıb.

"DiVi" şirkətinin rəhbəri Emin Quliyev bildirib ki, şirkət iddialıdır, region üzrə genişlənmək və bazar payının artırılması nəzərdə tutulur. AYİB-dən alınacaq kredit biznesin böyüdülməsinə kömək edəcəkdir.

"Divi" şirkəti kompüter, televizor və audio-vizual avadanlıqların, planşetlərin, printerlərin və s. tədarükü ilə məşğul olur. Şirkətin onlayn mağazası mövcuddur.