USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərnişinlərin şikayətləri təmin olundu - BAKI NƏQLİYYAT AGENTLİYİ MƏLUMAT YAYDI

05.07.2018 İqtisadiyyat
0 0
32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.

Bunu Bakı Nəqliyyat Agentliyi "Kommersant"a açıqlamasında deyib.

Məlumatda qeyd olunur ki, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaratmış və vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu.

Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.

Məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - "Qobu Park" yaşayış kompleksinə hərəkət edəcək.

Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.