USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının daha bir küçəsində təmir işləri yekunlaşıb

05.07.2018 İqtisadiyyat
0 0
Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən “Kommersant”a verilən məlumata görə, Hüseyn Seyidzadə küçəsinin 4-cü mikrorayon dairəsi və Mircəlal küçəsi arasında yerləşən 450 metrlik hissəsindən gedir. Burda yolun hərəkət hissəsinin eni 17 metr təşkil edir.

Küçə boyu asfalt-beton örtüyündə deformasiya və dağılmalar yarandığından nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Təmir işləri zamanı bu problemi aradan qaldırmaq üçün asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsası bərpa olunub, yol kənarına 800 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Bu çərçivədə 600 kvadratmetr piyada səkisi asfaltlanıb. Küçə boyu 450 metr uzunluğunda yeni su xətlərinin çəkilişindən sonra hərəkət hissənin də asfaltlanması işləri aparılıb. Küçənin 7,5 min kvadratmetr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, 17 ədəd kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulub.

Texnoloji ardıcıllığa riayət edilməklə aparılan təmir-tikinti işlərindən sonra hərəkəti normal təşkili üçün yol cizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları quraşdırıldıqdan sonra vətəndaşların istifadəsinə verilib.

Nəqliyyat vasitələrinin sıxlığının azalmasına hesablanan layihələrin icrası çərçivəsində paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mircəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Əsaslı şəkildə yenidən qurulan Mircəlal küçəsinin uzunluğu 1,75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlib.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndirilir. Təmir-tikinti işləri çərçivəsində küçənin 830 metrlik hissəsinə yeni asfalt-beton örtük döşənib.

Yenidənqurma işlərinə uyğun olaraq küçə boyu artıq 3200 paqon-metr yeni səki daşı düzülüb, 300 kvadratmetr sahədə ayrıcı zolağa tamet daşlar döşənib və işıqlandırma xətləri atılıb.

Layihə çərçivəsində ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı tunelin içi ilə çəkilir. Artıq bu işlər yolun 830 metrlik hissəsində görülərək yekunlaşdırılıb. Bundan başqa asfalt döşənən ərazi boyu yeni su və qaz xətləri də çəkilib.

Küçənin digər hissəsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilir. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0,8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, zəruri yerlərdə yeni sistem qurulur, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulur. 6 yerdə isə avtobusların ümumi hərəkətə mane olmamaları üçün dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.

Agentlik rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Mircəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

  • Əvvəlki

    Ərdoğanın varidatı açıqlandı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0