USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcü ekspert: “Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər”

05.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin “Cənub Qaz Dəhlizinin” bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb “Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər.

"Kommersant" "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında müstəqil gürcü eksperti David Avalişvili söyləyib.

O deyib ki, "Cənub Qaz Dəhlizi" Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq.

Ekspertin fikrincə Azərbaycan, Gürcüstan və Türkiyə BMT platformasında siyasi məsələlərdə də fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Gürcüstan qaçqın və məcburi köçkünlərin məsələlərində BMT-də səsvermədə eyni mövqedən çıxış etmələri ənənə halını alıb. Bu da region ölkələrinin birgə əməkdaşlığının əsas amildir.