USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev Qazaxıstanın paytaxtı haqqında sənədli filmə çəkilib

06.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı "Böyük çölün paytaxtı" adlı sənədli filmə çəkilib.

"Kommersant"ın "Report"a istinadən verdiyi məlumata görə, İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin "Instagram" səhifəsində paylaşılıb.