USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Alstom" Bakıda oturub İraq dəmir yollarını bərpa edəcək

06.07.2018 İqtisadiyyat
0 0
Fransanın "Alstom" dəmiryol nəqliyyatı şirkəti iri perspektiv layihələrini Bakıdakı yeni ofisindən idarə edəcək.

"Kommersant" bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.

Onun sözlərinə görə, "Alstom" İraqın dəmiryol şəbəkəsinin rekonstruksiyası üzrə işləri də Bakıdan idarə edəcək.

Şirkətin regional mərkəzinin Bakıya köçürülməsini şərh edən B.Pell əlavə edib ki, "Alstom" Bakıda biznes imkanlarını genişləndirməkdən məmnun olacaq.

Qeyd edək ki, bir müddət əvvəl B.Pell Trend-ə bildirmişdi ki, "Alstom" Daşkənd metropoliteninin müasirləşdirilməsi işində maraqlıdır.(