Çin ABŞ-ı tarixin ən böyük ticarət savaşını başlamaqda günahlandırıb.
"Kommersant" xəbər verir ki, artıq uzun müddətdir ki, dünya gündəmini zəbt edən Çin-ABŞ qarşıdurması Çin tərəfinin ciddi etirazına səbəb olub. Rəsmi Pekin ABŞ-ı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozmaqda ittiham edib. Çinin iqtisadiyyat naziri ABŞ-a hər hansı zərbə vurmağı düşünmədiklərini, amma məcbur qalacaqları halda cavab tədbirlərini əsirgəməyəcəklərini əlavə edib.
Çin tərəfi bununla yanaşı ÜTT ilə danışıqlar apararaq ABŞ-a qarşı birgə hərəkət edəcəyini bildirib.