Rusiya mətbuatının yaydığı xəbərə görə, banklar xakerlərin hücumuna məruz qalıb.
"Kommersant" xəbər verir ki, son yarım ildə ilk dəfə banklara xakerlər tərəfindən bu qədər kəskin hücum olunub.
Kredit təşkilatının idarə heyətinin sədri Olqa Kolosova jurnalistlərə açıqlamasında, zərərin məbləğinin dəqiq qiymətləndirilməsinin hələ çətin olduğunu bildirib.
Məlumatlara görə, ümumilikdə 22 bank xaker hücumuna məruz qalıb və plastik kartlar vasitəsilə qarət olunub.