USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda neçə avtobusda kondisioner var?

06.07.2018 İqtisadiyyat
0 0
Bakıda sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, hazırda avtobus bazasının yenilənməsi üçün zəruri addımlar atılır: "Hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Həmin avtobusların da yenilənməsi ilə bağlı tədbirlər davam etdirilir".

Bakıda sərnişin nəqliyyatında fəaliyyət göstərən "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Qabil Babayev açıqlamasında bildirib ki, hazırda təmsil etdiyi quruma məxsus 13 marşrut xətti sərnişinlərə xidmət edir: "Həmin marşrutlar 1, 2, 3 5, 6, 8, 13, 14, 17, 21, 125 və 75 saylı marşrut xətləridir. Həmin marşrut xətlərində fəaliyyət göstərən avtobuslar hamısı kondisionerlidir".

Q.Babayev deyib ki, MMC-nin "Hava Limanı Ekspress" marşrutundakı avtobuslar da tam müasir standartlara cavab verir.

Real

  • Əvvəlki

    Millət vəkilləri harada dincələcəklər? - SORĞU

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0