USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alternativ enerji mənbələrindən istifadənin payı 9%-dir

06.07.2018 İqtisadiyyat
0 0
Hazırda Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən (ABOEM) istifadənin payı 9 faizdir.

"Kommersant" Azərtac-a istinadən xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O bildirib ki, Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 2020-ci ilədək 20 faizə çatdırılması nəzərdə tutulur. 2020-ci ilə qədər ölkədə 420 meqavat qoyuluş gücü olan 7 külək, 7 günəş və 9 bio enerji stansiyasının quraşdırılması planlaşdırlır.

Cəmil Məlikov əlavə edib ki, Azərbaycandakı külək elektrik stansiyalarının (KES) gücü hazırda 60 meqavatdır.