USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trump ticarət savaşını izləyir

06.07.2018 İqtisadiyyat
0 0
ABŞ başlatdığı ticarət savaşında kimin qazanacağını müşahidə edir.

"Kommersant" xəbər verir ki, Trumpın Çinə qarşı başlatdığı savaş bütün dünya ölkələri tərəfindən tənqid edilsə də, Ağ Ev rəhbəri buna əhəmiyyət vermir. Lakin nəticə budur ki, Amerika bütün ticarət əməliyyatlarında itkilərə məruz qalır, polad və alüminium sənayeləri məhv edilir və bütün bunlardan faydalanan ABŞ-ın rəqibləridir.

Trumpın hakimiyyətə gəldiyi andan qəbul etdiyi bütün qərarlar "Amerikanı yenidən ən güclü edək" şüarının nəticələridir. Çünki prezident hələ 2016-cı ildə hakimiyyətə gələndə söz vermişdi ki, ölkəni bütün kəsrlərdən xilas edəcək.