USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ətin qiyməti bahalaşıb - HESABAT

06.07.2018 İqtisadiyyat
0 0
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, iyunda əvvəlki aya nisbətən 1,3 faiz azalaraq 173,7 bəndə düşüb.

"Kommersant" xəbər verir ki, qlobal ərzaq qiymətlərində bu il ilk dəfə iyunda geriləmə baş verib, Qiymətlərdəki azalma ticarət münaqişələrinin taxıl və bitki yağ qiymətlərinə təsirindən qaynaqlanıb.

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, iyunda əvvəlki aya nisbətən 3,7% azalıb.

Bitki Yağı Qiymət İndeksi, iyunda əvvəlki aya nisbətən 3 faiz geriləmə qeyd edərək son 29 ayın ən aşağı səviyyəsini görüb. Palma, soya lobyası və günəbaxan yağı qiymətlərinin hamısında azalma görülüb.

Süd Məhsullarının Qiymət İndeksi, iyunda aylıq müqayisədə 0,9 faiz azalıb. Ət Qiyməti İndeksi və Şəkər Qiymət İndeksi müvafiq olaraq 0,3 faiz və 1,2 faiz artım qeyd edib.