USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarixi fürsəti dəyərləndirin!

07.07.2018 İqtisadiyyat
0 0
Türkiyə hökuməti vətəndaşlar üçün yeni imkanlar təqdim edir.

"Kommersant" xəbər verir ki, Türkiyənin gəlir idarəsi nazirinin müavini Bozbıyık vətəndaşlara müraciət edərək, tarixi fürsəti dəyərləndirmələri üçün çağırış edib. Belə ki, dövlətin may ayının 18-də qəbul etdiyi qərara əsasən, hökumət vergi, sığorta və ya hər hansı cəriməsi olanlara borclarını 6, 9, 12 və 18-lik hissəli kreditə bölməyə imkan yaradıb. Cəzasını nağd ödəmək istəyənlərə isə əlverişli təkliflər edir. Ödəmədə yol verilmiş gecikmələr silinir.

"Konfiqurasiya qanunu"ndan bu günə qədər faydalanmaq istəyənlərin sayı 2 milyonu keçib. Hökumətə bu və ya digər şəkildə borcu olan vətəndaşların sayı isə 10 milyondan yuxarıdır. Bu məqsəd ilə dövlət rəsmisi vətəndaşlara fürsətdən yararlanmaq üçün çağırış etmə zərurəti hiss etdiyini əlavə edib.