"Kommersant" xəbər verir ki, Tokioda ümumdünya ticarət ortaqlığı ilə bağlı görüş keçirilib. Tədbirə Çin, Yaponiya, Hindistan, Avstraliya, Cənubi Koreya, Yeni Zellandiya da daxil olmaqla 16 Asiya ölkəsi qatılıb. Razılaşma haqqındakı ilkin fikir Rusiyanın buradan qazanclı çıxacağı istiqamətindədir.
ABŞ isə bütün dünyanın belə bir ortaqlığa gəlməsinin ardından ticari güzəştlərə getməyə məcburdur.
Ekspertlər hesab edir ki, yaradılmaqda olan Ümumdünya Milli İqtisadi Ortaqllığı dövlətlərə yalnız iqtisadi sahədə yox, həm də siyasi sferadakı problemləri həl etməyə kömək edəcək. Yaradılmasında Rusiya və Asiyanın birbaşa iştirakı olan ortaqlığın ABŞ üçün nəticələri yaxın günlərdə bilinəcək.