İsveçrənin Azərbaycanda 71 şirkəti qeydiyyatdan keçib, ölkəyə 1,2 milyard dollar investisiya qoyulub.
"Kommersant" xəbər verir ki, bu, Bakıda keçirilən "Azərbaycan-İsveçrə Biznes Forumu"nda səsləndirilib. Qeyd olunub ki, 2018-ci ilin 5 ayı ərzində ixrac 43% artıb.
30-a yaxın iş adamının iştirak etdiyi beynəlxalq forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb:
"Azərbaycanla İsveçrə arasındakı ticarət dövriyyəsi 240 milyon dolları keçib. Bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin inkişafını sürətləndirəcək."