“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib

DİM mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Bu nömrədə həmçinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub. DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları "Abituriyent" jurnalının 2018-ci il 2-ci nömrəsində dərc edilib.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Digər xəbərlər

Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib

Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
