Azərbaycanda əcnəbilərlə bağlı yenilik - ƏMƏK VİZASI

09.07.2018
İqtisadiyyat
0
0
İyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olundu. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.
"Kommersant" xəbər verir ki, "ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.
Qeyd edək ki, ASAN Viza www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0