Rusiyada hökumətin vergiləri hesablamaq üçün istifadə etdiyi orta xam neftin qiyməti iki ildən çox müddət ərzində ən aşağı səviyyəyə endiyi üçün dövlətin neft gəlirləri daha da təzyiq altına düşüb.
Dövlətin ən böyük gəlir mənbəyi olan neft-qaz qiyməti aşağı düşərkən, Ukraynanın işğalına çox pul xərclədiyi üçün dekabr ayında ölkə artıq rekord dərəcədə federal büdcə defisiti ilə üzləşmişdi. Rusiya xam neftinin əsas ixrac qiyməti 2022-ci ildə yavaşlayan qlobal iqtisadiyyat və müharibəyə cavab olaraq beynəlxalq sanksiyaları nəticəsində təxminən iki dəfə azalıb.
Maliyyə Nazirliyinin bazar ertəsi dərc etdiyi məlumatlara görə, Rusiyanın əsas ixrac qarışığı olan “Urals” xam nefti dekabrın ortaları ilə yanvarın ortaları arasında bir barel üçün 46.82 dollara satılıb. Bu, Covid-19 pandemiyasının tüğyan etdiyi 2020-ci ilin oktyabr ayının ortalarından noyabrın ortalarına qədər olan dövründən bəri ən aşağı səviyyədir. Bu qiymət xam neft və neft məhsullarının ixrac rüsumları da daxil olmaqla, növbəti ay üçün Rusiya neft sənayesi üzrə müxtəlif vergilərin hesablanmasında istifadə olunacaq.
İdxal qadağaları və dəniz yolu ilə Rusiya neftinin daşınmasına qiymət tavanı daxil olmaqla sanksiyalar tətbiq etməklə, Qərb ölkələri Kremlə neft axınını azaltmaq, eyni zamanda onun ixracını azalmaması məqsədi güdürlər. Rusiyanın neft ehtiyatlarının azalması və artan xammal istehsalı bu yanaşmanın ən azı qismən işlədiyini göstərir.
Kreml “Urals” qiymətlərinin aşağı düşməsinin mənfi fiskal təsirini müəyyən qədər yumşalda bildi. “Interfax” xəbər verir ki, Maliyyə Nazirliyi xam neft istehsalçılarından yük və sığorta xərclərini özündə birləşdirən qiymətə əsasən vergi qoyur, yəni bu, ixracatçıların faktiki olaraq aldığı qiymətdən yüksəkdir.
“Argus Media”nın verdiyi məlumata görə, Rusiya nefti üçün yeni bazar standartına çevrilən bu cür xərclər nəzərə alınmadan “Urals” qiyməti son həftələrdə 40 dollar/barelə qədər ucuzlaşıb.
Rusiyanın bu il büdcə kəsiri ümumi daxili məhsulun 2%-i səviyyəsində proqnozlaşdırılır ki, bu da təxminən 2022-ci ildəki ilə eynidir. Lakin bu təxmin neftin bir barelinin 70 dollar qiymətinə əsaslanır. “Bloomberg Economics”in iqtisadçısı Aleksandr İsakovun fikrincə, Rusiya xam nefti hazırkı səviyyələrə yaxın qalsa, gəlirlər hökumətin hədəfindən təxminən 2.4 trilyon rubl, yəni ÜDM-in təxminən 1.6%-nə bərabər azalacaq.