USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid övladları üçün güzəştlər qüvvəyə mindi - MİLLƏT VƏKİLİ

20.01.2023 İqtisadiyyat
0 0
Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər. “Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Şəhidlərimiz övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu. Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır.

Kommersant.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

“Şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”, - deputat qeyd edib.

  • Əvvəlki

    Putin Pavlovu vəzifəsindən azad etdi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0