Türkiyədə ət, süd və yumurta lüks qidaya çevrilib.
İstanbul Çörəkçilər Palatasının sədri Ərdoğan Çətin, kiçik sahibkarların qiymətlərin artırılmasını tələb etdiklərini və bu mövzuda ortaq qərar vermək üçün fevral ayında danışıqlar aparılacağını bildirib.
Açıqlamada Ə. Çətin keçən il xərclərin artımı ilə əlaqədar sektorun çətinlik çəkdiyini bildirib. O qeyd edib ki, elektrik, su, təbii qaz, yanacaq və işçi qüvvəsi kimi istehsal xərclərinə təsir edən artımlara baxmayaraq, çörəyin qiymətində dəyişiklik olmamışdı. Amma artıq qiymətləri sabit saxlamaq mümkünsüzdür.