İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11 faizini təşkil edib.
Kommersant.az xəbər verir ki, həmin dövrə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunanlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub.