2022-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artıb.
Kommersant.az xəbər verir ki, əlavə dəyərin 51,1 faizi sənaye, 8,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatlı və balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.