2022-ci ilin sonuna kənd təsərrüfatı sahəsində artımlarla yanaşı alazmalar da müşahidə olunub.
Kommersant.az nazirliyin verdiyi məlumata istinadən xəbər verir ki, 2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3161,3 min ton və ya 2021-ci illə müqayisədə 6,0 faiz az dənli və dənli paxlalı bitkilər, 1074,3 min ton (1,2 faiz çox) kartof, 1823,3 min ton (0,4 faiz çox) tərəvəz, 469,3 min ton (2,0 faiz çox) bostan məhsulları, 1253,1 min ton (4,0 faiz çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 faiz çox) üzüm, 1,0 min ton (15,0 faiz az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3 faiz çox) şəkər çuğunduru, 321,8 min ton (12,1 faiz çox) pambıq, 29,4 min ton (13,8 faiz çox) günəbaxan və 5,1 min ton (21,0 faiz az) tütün yığılıb.
2021-ci illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 628,0 min ton, süd istehsalı 1,9 faiz artaraq 2264,7 min ton, yumurta istehsalı 9,8 faiz artaraq 2018,1 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,8 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub.
2021-ci ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 3,3 faiz artıb.