Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların müalicəsində istifadə edilən reseptsiz satılan siropların tərkibindəki zərərli maddələrə görə 2022-ci ildə 7 ölkədən 300-dən çox uşağın həyatını itirdiyini açıqlayıb. Dünən verilən açıqlamada siroplara sənaye həllediciləri və antifrizlərin qarışdırıldığı vurğulanıb.
Əksəriyyəti beş yaşından kiçik uşaqlardır: "Bu maddələr sənaye həllediciləri və antifrizlər kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir. Maddənin kiçik miqdarı belə ölümcül ola bilər və əczaçılıq məhsullarında istifadə olunmamalıdır".
ÜST, xəbərdarlıq bildirişlərini 194 üzv dövlətin səhiyyə orqanlarına göndərdiklərini bildirdi.