USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir baş heyvana 100 manat subsidiya

10.07.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər Gəncə şəhərində yerləşən Suni Mayalanma Mərkəzi ilə tanış olublar.

"Kommersant" xəbər verir ki, mərkəzin rəhbəri Ramiq Abbasov bildirib ki, müəssisə 2017-ci ilin avqust ayından fəaliyyətə başlayıb. Mərkəz yüksək texnologiyalarla təmin edilib. Fransa layihəsi üzərində qurulumasına baxmayaraq azərbaycanlı mütəxəssislərin əlavələri olub. Hazırda müəssisədə 6 cins üzrə 36 baş heyvan var. Xarici ölkələrdən bu sahə üzrə mütəxəssislər mərkəzə gəliblər. Onlar bildiriblər ki, Azərbaycan da suni mayalanma üzrə inkişaf yüksək səviyyədədir.

Mərkəzə Almaniya və Avstraliyadan gənc buğaçalar gətirilib. Onlardan tam keyfiyyətli toxum əldə etmək mümkündür. Bildirdilər ki, hər bir sahibkar bu toxumlardan istifadə edə bilər. Suni mayalanma ilə doğulan bir baş heyvana görə 100 manat subsidiya verilir. Yaradılan şəraitdə görə də mərkəzə müraciət edən sahibkarlar artıb.

  • Əvvəlki

    OPEK-dən Trumpa cavab

Digər xəbərlər