USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftimiz ucuzlaşıb

26.01.2023 İqtisadiyyat
1 7
Yanvarın 25-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,42 dollar ucuzlaşaraq 89,45 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 87,31 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,22 dollar ucuzlaşaraq 48,64 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 25-də 0,24 dollar ucuzlaşaraq 85,89 dollar olub.