USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

03.02.2023 İqtisadiyyat
0 0
2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98777 nəfərdən 98603 nəfər (99.82%) şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145061 nəfərdən 144585 nəfər (99.67%) şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 nəfər (99.87%) şagird barədə məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.

Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.