USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEK-dən Trumpa cavab

10.07.2018 İqtisadiyyat
0 0
OPEK ABŞ-ı neft sənayesi problemlərində təşkilatı günahlandırmamağa çağırıb.

"Kommersant" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Energetika və Sənaye Nazirliyindən verilən məlumata görə, təşkilat neft sənayesində baş verə biləcək istənilən hadisənin zərərini qarşılayacaq qədər neft ehtiyatına malikdir.

ABŞ prezidenti Donald Trump neft sənayəsi ilə bağlı yaranmış problemlərdə OPEK-i günahlandırır. Belə ki, prezident ötən günlərdə öz şəxsi "Twitter" hesabında OPEK-i neft qiymətlərinin aşağı salınması üçün lazımi tədbirlər görməməkdə ittiham edib.

BƏƏ əmiri Suheyl al-Marzui isə iddialara belə cavab verib:

"Baş verən bütün problemlərə görə təşkilatı günahlandırmaq olmaz. OPEK 22 iyunda keçirilən görüşdə neft istehsalını artırmaq qərarını təsdiqləməklə də sənayenin inkişafı ilə bağlı bütün qərarları ortaq fikirlərə əsaslanaraq qəbul etdiyini göstərib".

  • Əvvəlki

    Bu ilin I yarısında dövlət büdcəsi 297 mln. manat profisitlə icra olunub

Digər xəbərlər