İlkin diaqnostika və təmir qiymətləri mühərrikin və problemin həcminə görə dəyişir
Havanın isti keçməsi ilə əlaqədar kondisionerlərə tələbat da artıb.
"Kommersant" xəbər verir ki, "yayın vazkeçilməzi"ndən fasiləsiz və yanlış istifadə, qurğunun işində problemlərə yol açır. Xatırladaq ki, təxminən 1 həftə əvvəl ölkənin enerji təchizatında yaranmış problemin əsas səbəblərindən biri kimi məhz ölkənin hər yerində eyni vaxtda işləyən kondisionerlərə görə enerji blokunun qızaraq yanması göstərilmişdi. Nəticədə, yaranmış problemdən ölkədəki çox sayda kondisioner də zərər görərək sıradan çıxmışdı.
Bu fəsadlar da kondisioner ustasına müraciəti qaçılmaz edir.
Bəs görəsən bazarda kondisionerlə bağlı təmir və quraşdırma qiymətləri necədir?
"Kommersant" bu dəfə də oxucuların marağını nəzərə alıb. Qiymət siyahısını təqdim edirik:
İlkin diaqnostika - 10 AZN
Minimum quraşdırma - 50 AZN
Minimum qazvurma kvadratmetrə uyğun olaraq - 30-200 AZN