Kahramanmaraşdakı yardım səyləri ilə bağlı məlumat verən daxili işlər naziri Süleyman Soylu, "Buradan çağırış edirəm, əlinizdə nə varsa, göndərin" dedi.
Nazir nitqinə belə davam edib:
"Çünki milyonlarla insan var və hər kəsə yemək lazımdır. Sabah və ya o biri gün yeməkxanalara yemək tapmaqda çətinlik çəkəcəyik. İşə ara verilməməlidir. Zəlzələnin 2-3-cü günündən sonra bölgəyə yardım axıb və yardımlar pik nöqtəsinə çatıb. İlk günlərdə nəqliyyat baxımından problemlər yaranırdı, TIR-lar bəzən gözləyirdilər, amma hazırda gözləmə yoxdur. Anbarlar tədarük gözləyir, bu qədər. Bu gün gələn nümayəndə heyətləri var idi, dedik ki, xüsusilə yeməkxanalarda istifadə olunacaq ərzağa, o cümlədən quru yeməklərə, gigiyena məhsullarına, digər materiallara ehtiyac var. Çünki bu, uzunmüddətli əməliyyatdır. Prezidentimiz bəyan etdi ki, 1 ildən sonra fəlakət bölgələrində evlər veriləcək. Bu o deməkdir ki, insanları 1 il əziyyətə salmamalıyıq”.