USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kripto-treyderlər təşviş içində - YENİ PULLAR BAZARI "ÖLDÜRÜR"

10.07.2018 İqtisadiyyat
0 0
Kriptovalyuta bazarında nə baş verir?

"Kommersant" xəbər verir ki, ötən il kriptovalyutanın dəyərinin artması virtual pul sevənlər üçün əla fürsət oldu. Belə ki, bir neçə ay ərzində kapital 300 milyard dollar səviyyəsində dəyər qazandı. Vəziyyət belə olan halda isə pul qazanmaq təbii ki, çox asan idi.

Amma yeni valyuta növləri dövriyyəyə buraxıldıqca vəziyyət qəlizləşir. Tutaq ki, hər hansı kriptovalyuta, bazarda özünə yer edir, məşhurlaşır, dəyəri yüksəlir. İş adamları ona investisiya yatırır. Qəfildən bazara yeni valyuta girir və bu vaxta qədər qiymətdə lider olan valutanın dəyəri birdən-birə aşağı düşür. Buna görə də bazarla bağlı proqnoz vermək çox çətindir. Çünki valyuta bazarında qiymətlər sürətlə dəyişir.

Ekspertlər sırf bu səbəbdən uzumüddətli və toplu yatırımlardan qaçmağı məsləhət görür. Hazırda isə dünya iqtisadiyyatında baş verən gərginliklər hər sahəyə olduğu kimi kripto bazarına da təsirsiz ötüşmür. Buna görə də yeni valyutalara külli miqdarda vəsait yatıran treyderlər hazırda təşviş içindədirlər.

  • Əvvəlki

    Kondisioner təmiri neçəyə başa gəlir? - QİYMƏT

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0