Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı 11 milyard avroluq yeni sanksiyalar paketi təklif edir ki, bu da yeni ticarət məhdudiyyətlərini, Rusiyaya texnologiya ixracına qoyulan qadağalara məhdudiyyətləri genişləndirəcək.
"Rusiyaya təzyiqi dəstəkləmək üçün biz onuncu tədbirlər paketini təklif edirik, o, yeni ticarət qadağalarını, texnologiyanın Rusiyaya ixracına yeni nəzarətləri ehtiva edir. Bu paketin ümumi dəyəri 11 milyard avrodur. Biz qarşı tərəfə məhdudiyyətlər tətbiq etməyi təklif edirik. Rusiya hərbi sistemlərində pilotsuz təyyarələr, raketlər və helikopterlər kimi onlarla elektron komponentdən istifadə olunur”, - AK rəhbəri bildirib.