Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, OPEC+ neft hasilatı yanvarda neft razılaşmasının icazə verdiyi səviyyədən gündəlik 1,93 milyon barel aşağı olub.
Belə ki, kvotaya bağlı 19 OPEC üzvünün hasilatı yanvarda sutkada 170 min barel azalaraq 38,18 milyon barrelə düşüb və alyansın faktiki hasilatı ilə rəsmi hasilat hədəfləri arasındakı fərq dekabrda 1,8 milyon barelə qarşı gündəlik 1,9 milyon barrelə çatıb.