USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc edib - AZƏRBAYCANLI MƏZUNLAR DA VAR

10.07.2018 İqtisadiyyat
0 0
otlandiyada gündəlik dərc olunan “The Scotsman” (“Şotlandiyalı”) qəzeti Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını çap edib.

Bu barədə "Kommersant"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilən qəzetin "Perspektivlər" bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları var.

Xatırladaq ki, "The Scotsman" qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq "Scottish Press Award" mükafatına layiq görülüb.

Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

  • Əvvəlki

    Bakıda beşmərtəbəli binada yanğın olub, təxliyyə edilənlər var

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0