Qazaxıstandan "Drujba" vasitəsilə Almaniyaya neftin tədarükü başlanmayıb, danışıqlar aparılır.
"Drujba" neft kəməri ilə əvvəllər fevralın birinci yarısında başlanması planlaşdırılan Qazaxıstandan Almaniyaya neft tədarükü hələ başlanmayıb. Nasosun işə salınması üçün heç bir texniki problem yoxdur, lakin xammalın alıcısı və tədarükçüsü kommersiya fəaliyyətini davam etdirir. Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Asxat Xasenov bildirib.
Qazaxıstanın energetika naziri Bolat Akçulakov fevralın əvvəlində bildirmişdi ki, respublika fevralın birinci yarısında "Drujba" kəməri ilə Almaniyaya ilk 20 min ton neft göndərəcək.