Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiyməti 0,8% ucuzlaşdığından xəbər verir.
Kommersant.az xəbər verir ki, ötən gecə Amerika Neft İnstitutu (API) ABŞ-da bu xammal ehtiyatının həftə ərzində güclü artdığını bildirib.
Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,82% azalaraq 1 bareli 84,88 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,83% azalaraq 1 bareli 78,4 dollara çatıb.
API-nin qiymətləndirməsinə əsasən, ölkədə neftin kommersiya ehtiyatları həftə ərzində 10,5 milyon barel yüksəlib. Analitiklər yalnız 0,3 milyon barel artım gözləyirdilər.
ABŞ Energetika Nazirliyinin ehtiyatlara dair rəsmi məlumatları axşam dərc olunacaq. Analitiklər nazirliyin həftə ərzində ehtiyatların yalnız 1,7 milyon barel artdığından xəbər verəcəyini proqnozlaşdırır.
İnvestorlar həmçinin ABŞ hakimiyyətinin aprel-iyun aylarında strateji ehtiyatdan 26 milyon barel neft satmağı planlaşdırdığına dair xəbəri qiymətləndirməyə davam edirlər. Eyni zamanda, neftə tələbatla bağlı proqnozlar yüksək inflyasiya fonunda dünya mərkəzi banklarının əsas faiz dərəcələrini artırmağa davam etməsi səbəbindən mümkün resessiya qorxusu ilə məhdudlaşmaqdadır.