Konqresin Büdcə Ofisi 2023-cü ilin iyul-sentyabr aylarında ABŞ-ın defolt olacağı barədə xəbərdarlıq edib
Konqresin Büdcə Ofisinin hesabatında deyilir ki, dövlət borcuna dair müəyyən edilmiş limitləri saxlamaqla, ABŞ bu ilin iyul-sentyabr aylarında defolt ola bilər:
“Dövlət borcunun limiti dəyişdirilməsə, hökumətin fövqəladə tədbirlərdən istifadə etməklə borc cəlb etmək imkanları 2023-cü ilin iyul-sentyabr ayları arasında, yəni cari maliyyə ilinin dördüncü rübündə tükənəcək”, - deyə sənəddə deyilir.