ABŞ bazar iqtisadiyyatı ilə bağlı hesabat açıqlayıb.
"Kommersant" xəbər verir ki, dünya bazarında artan risk pozitiv mənzərəni pozmasa da, bu gündən etibarən hər addım investorların qərarlarına təsir edəcək. Səbəb, dünən ABŞ-ın açıqladığı hesabatlardan ortaya çıxan nəticələrdir. Hesabata əsasən, isehlak kreditləri may ayında 24,6 milyard dollar artaraq son 6 ayın ən sürətli inkşaf tendensiyasına çatıb.
Səhm bazarlarında da yüksəliş qeydə alınıb. Belə ki, hesabatlarda "Dow Jones" indeksinin 1,31%, "S & P 500" və "Nasdaq" indekslərinin 0,88% nisbətində dəyər qazandığı açıqlanıb.
Qeyd edək ki, bazar qiymətlərinin sürətlə dəyişməsinin başlıca səbəbi olan ABŞ və Çin savaşı ekspertlərin əsas diqqət mərkəzindədir. Baş verən dəyişikliklər mediaya açıqlanacağı bildirilir.