Aİ bu gün Rusiyadakı təşkilatların və fiziki şəxslərin aktivlərini 21,5 milyard avroya dondurub.
"Hazırda biz sanksiya siyahısından oliqarx və təşkilatların 21,5 milyard avroluq vəsaitini dondura bilmişik. Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri üzərində işi davam etdiririk, bəzi aktivlər və əməliyyatlar da "Euroclear" vasitəsilə dondurulub", - deyə Ədliyyə üzrə Avropa komissarı Didye Reynders deyib.