Baş nazirin müavini Novak qeyd edib ki, fevralda neft hasilatı əvvəlki aylar səviyyəsindədir.
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında fevralda Rusiyada neft hasilatı əvvəlki ayların səviyyəsində olduğunu, ümumilikdə neft-qaz kompleksinin normal işlədiyini bildirib:
"İndi, ayın ortası, demək tezdir. Ümumiyyətlə, hazırda neft-qaz kompleksi normal işləyir və neft hasilatı əvvəlki aylar səviyyəsində həyata keçiriləcək", - deyə o açıqlayıb.