USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Wall Street və Asiya fond bazarlarına "faiz" zərbəsi

22.02.2023 İqtisadiyyat
6 5
Faiz artımının davam edəcəyi ilə bağlı gözləntilər "Wall Street"də kəskin eniş gətirdi və Asiya birjaları zəiflədi.

"Fed"in ilin qalan hissəsi üçün federal maliyyələşdirmə faizini 75 əsas baza bəndi artıracağı və 2024-cü ildən əvvəl faiz endiriminin olmayacağı gözləntiləri "Wall Street"ə satışları artırıb..

Qlobal mərkəzi bankların inflyasiyanın azalmasına baxmayaraq, FED-in faiz artırma siyasətinə əməl edəcəkləri ilə bağlı gözləntiləri bu səhər Asiyada satışların üstünlüyünə səbəb olub.

"Fed"in qiymət stabilliyini qorumaq üçün iqtisadiyyatı yavaşlatmaq cəhdlərinə baxmayaraq, iqtisadi göstəricilər ABŞ iqtisadiyyatının dayanıqlılığını davam etdirdiyini göstərdi.

"Wall Street"dəki enişin ardından Asiyanın Nikkei 2205 indeksi 1,3 faiz, Çin CSI 300 indeksi 0,46 faiz, Şanxay Kompozit İndeksi isə 0,20 faiz aşağı düşüb. Hong Kong Hang Seng indeksi 0,13 faiz bahalaşıb.